SON XƏBƏRLƏR

"İffət və Hicab" layihəsi cəmiyyətə qarşı müharibə elan etməkdir- iranlı siyasətçi

2023.08.01, 13:46
"İffət və Hicab" layihəsi cəmiyyətə qarşı müharibə elan etməkdir- iranlı siyasətçi

Qərara alınmış "İffət və Hicab" layihəsi İranın bügünkü cəmiyyətinə vacib olan məsələləri düzgün başa düşməmək və gerçəkliyə uzlaşmayan yanaşamdır.” Bunu iranlı siyasətçi Azər Mansuri deyib.

Gunaz.tv

“Layihədə hicabı pozanlara təyin olunmuş geniş miqyaslı cəzaların təyin edilməsi cəmiyyətə qarşı müharibə elan etmək anlamındadır. ki, güc tətbiqi və huquqları pozan cəza qərarlarının çıxarılması ilə cəmiyyətin baş əyib icbari hicabla razılaşacağını gözələmk olmaz. 

Bu layihə vətəndaşlıq hüquqlarının pozulmasıdır. Quranın heç bir ayəsində icbari hicab yoxdur. Cəmiyyətin və özəlliklə də qadınların müxtəlif ayrı seçkiliklərə məruz qaldıqları bir halda hakimiyyətin hicaba israrlı olmasına ancaq “özünü öz əlünlə yıxma” adı vermək olar.

Ona görə də hicaba və hakim sistemə qarşı çıxma güclənəcək. İcbari hicab siyasətinə israrlı olamqla gec-tez cəmiyyətdə daha dağıdıcı Renessansa səbəb olacaq.”-deyə Mansuri "İffət və Hicab" layihəsini tənqid edib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar