SON XƏBƏRLƏR

İranda yüz minlərlə az yaşlı məcburi əməyə cəlb edilib

2023.08.02, 10:56
İranda yüz minlərlə az yaşlı məcburi əməyə cəlb edilib

İranda yüz minlərlə az yaşlı ev işləri, narkotik ticarəti, fəhləlik, satıcılıq, cinsi istismar və başqa bu kimi sahələrdə istismar edilir.

Gunaz.tv

Bu barədə İranın "Məclis" tədqiqat mərkəzi məlumat yayıb.

Məlumatda ölkə üzrə uşaqların 15%-nin məcburi əməyə cəlb olunduğu və 10% uşaqların isə məktəbə getmədikləri və ya təhsili tərk etməyə məcbur olduqları bildirilib.

"Məclis" Araşdırma Mərkəzi qeyd edib ki, hökumətin emalatxanalara, sexlərə və başqa bu kimi iş yerlərinə effektiv nəzarət etməməsi uşaqların məcburi əməyə cəlb edilmələrinə və onlardan sui-istifadəyə şərayit yaradır.

İnsan haqları müdafiəçiləri məcburi əməyə cəlb olunması hallarının çoxalmasının əsas amillərindən birinin iqtisadi çətinliklərin və yoxsulluğun artması olduğunu deyirlər.

Onların dediyinə görə, xüsusən son illər bu qəbildən olan uşaqların sayı kəskin artıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar