SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı və Küveyt İranın iddialarına qarşı birləşdilər

2023.08.02, 13:13
Səudiyyə Ərəbistanı və Küveyt İranın iddialarına qarşı birləşdilər

Səudiyyə Ərəbistanı və Küveyt İranla dəniz sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlarda vahid tərəf kimi çıxış etmək niyyətindədir. 

Gunaz.tv

Məqsəd İran körfəzindəki mübahisəli Ed-Durra yatağına nəzarət etməkdir.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Ər-Riyaddakı diplomatik mənbə məlumat verib.

“Əgər İran dəniz sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlara razılıq verərsə, o zaman danışıqlar, əslində, ikitərəfli olacaq. Bu o deməkdir ki, Səudiyyə Ərəbistanı və Küveyt danışıqlarda vahid tərəf kimi çıxış edəcək”, - mənbə bildirib.

Qeyd edək ki, körfəzdə yerləşən "Əldürrə" qaz yatağı Ərəbistan və Küveyt dəniz sərhədlərinə istinadən yatağın ancaq bu iki ölkəyə məxsus olduğunu deyir, İranı dəniz sərhədlərinin müəyyənləşdirilməsinə çağırıblar.

Lakin İran "Əldürrə" qaz yatağında payı olduğunu iddia edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar