SON XƏBƏRLƏR

İraq İrana borcundan bir qismini ödəyib

2023.08.02, 13:38
İraq İrana borcundan bir qismini ödəyib

“Amerika ilə məslətləşmələr və əməkdaşlıqlar olunaraq İrana borcların ödənişi davam edir. Ötən 7 ay ərzində 1 milyard 842 milyon avro İrana ödənilib.” bunu İraqın baş naziri Məhəmməd Şia Əlsudani bildirib.

Gunaz.tv

“İraqın İrandan qaz aldığına görə borcu hazırda 9 milyard 250 milyon avroya enib.” baş nazir İraqın rəsmi xəbər agentliyi ilə Bağdadda müsahibsində açıqlayıb.

Qeyd edək ki, İraq illərdir ki, elektrik çatışmzalığı və kəsilməsinə tuş gəlib. Ona görədə elektrik stansiyalarında istifadə üçün bu ölkəyə İranın ixrac etdiyi qazına kəskin bağlıdır. 

İran bir müddət öncə isti havalarda İraqa qaz verilməsini dayandırmaqla bu ölkəni sanksiyaları aşaraq nağd valyuta ödənişinə məcbur etməyə cəhd etmiş lakin  buna nail ola bilməyib. 

Amerika havaların qızmar çağı və İraq xalqının elektrik enerjisinə kəskin ehtiyacı olduğu bir vaxtda İranın bu ölkəyə təzyiqinin qarşısını almışdır. Belə ki, İranın ancaq humanitar əmtəələrin ödənişinə həmin pullardan istifadə edə bilməsi üçün İraqa icazə vermişdir. 

İran sanksiyalara görə İraqda və Cənubi Koreyada dondurulmuş bu məbləğləri öz hərbi və sabitliyi pozma məqsədlərinə, həmçinin bölgədə himayəsində olan yarım-hərb qrupları, o cümlədən Həşdi- Şabi qrupunu, Hizbullahın maliyyə təmini üçün istifadə edir. 

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar