SON XƏBƏRLƏR

Güney Azərbaycanda hektarlarla meşə zolağı yandı

2023.08.02, 14:14
Güney Azərbaycanda hektarlarla meşə zolağı yandı

Qərbi Azərbaycan əyalətinin Sərdəşt (Sarıdaş) mahalında 12.5 hektar meşə sahəsi yanaraq məhv olub.

Gunaz.tv

Bu barədə Sərdəşt bölgəsinin Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin rəisi Rəhmət İbrahimi məlumat verib.

O, yanğının söndürüldüyünü, ancaq meşə zolağının məhv olması ilə yanaşı 5 kəndin əkin sahələri və bağlarının da yandığını deyib.

Yerli sosial media fəalları hökumətin bölgəyə yetərli yanğın söndürmə texnikası gönndərmədiyi üçün, yanğının ətraf kəndlərin əhalisi vasitəsilə söndürüldüyünü yazıblar.

Qeyd edək ki,  Sərdəşt bölgəsi 90 min hektar meşə və 30 min hektar otlaq sahəsinə malikdir və bu baxımdan Qərbi Azərbaycan əyalətində buna görə birinci yeri tutur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar