SON XƏBƏRLƏR

Küveyt: “Əl-Dürrə qaz yatağı barədə İranın iddiaları gerçəkliyi dəyişdirmir”

2023.08.04, 13:30
Küveyt: “Əl-Dürrə qaz yatağı barədə İranın iddiaları gerçəkliyi dəyişdirmir”

“Gerçəklik budur ki, ancaq Küveyt və Ərəbistan Əl-Dürrə qaz yatağının ortaq mülkiyyəçiləridir. İranın həmin yataq barədə iddiaları bu gerçəkliyi dəyişdirmir.” Bunu Küveytin neft naziri Səəd Əl-Bərak deyib. Bu barədə "Əl-Şərq" qəzeti məlumat yayıb.

Gunaz.tv

“Küveytin Neft Nazirliyi bu barədə danışıqlar və yaxud hər hansı hərəkət üçün gərəkən informasiyaları ölkəmizin Xarici İşlər Nazirliyinin sərəncamına verib. 

Əl-Dürrə qaz yatağı 1967-ci ildə aşkarlanıb. Tamamilə Küveyt və Səudiyyə Ərəbistanı arasında bölüşdürülmüş dəniz bölgəsində yerləşir. Ona görə də yatağın təbii rüsurslarının istismarına eksklüziv hüququmuz var.” -deyə nazir açıqlayıb. 

Qeyd edək ki, Ərəbistan bir müddət öncə İranı bu barədə danışqılara çağırıb. Lakin İran  yataq barədə iddia etdiyi hüququndan iynə ucu qədər də vaz keçməyəcəyini bildirib.

 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar