SON XƏBƏRLƏR

İtkin düşən erməni hərbçilərin valideynləri etiraz aksiyası keçirdilər

2023.08.04, 15:38
İtkin düşən erməni hərbçilərin valideynləri  etiraz aksiyası keçirdilər

44 günlük müharibə zamanı itkin düşən erməni hərbçilərin valideynləri və yaxınları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə erməni mediası xəbər yayıb.

Gunaz.tv

Məlumata görə, onlar dövlət qurumlarının işindən narazıdırlar. Etirazçılardan biri Harutyun Arutyunyan oğlunun öldürülmədiyinə, əsirlikdə olduğuna ümid etdiyini bildirib.

“Mən istintaq komitəsinə müəyyən faktlar vermişəm, lakin bu günə kimi cavab almamışam. Ölənlərin DNT analizlərinin düzgün olub-olmadığını öyrənmək istəyirik” - deyə, valideyn tələb edib.

Etirazçılar bildiriblər ki, onlar aksiyanı Ermənistan parlamentinin binası yaxınlığında da keçirəcəklər. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar