SON XƏBƏRLƏR

Güney Azərbaycanda hektarlarla meşə zolağı məhv oldu

2023.08.05, 13:33
Güney Azərbaycanda hektarlarla meşə zolağı məhv oldu

Qəbi Azərbaycan əyalətinin Sərdəşt mahalında yanğın nəticəsində 50 hektar meşə zolağı yanaraq məhv olub.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin Təbii Sərvətlər İdrəsinin başçısı Seyyid Nəbi Qaimi məlumat verib.

Yanğının nəzarət altına alındığını deyən Qaimi, yanğının səbəbinin  məlum olmadığını və bu istiqamətdə araşdırmalar aparıldığını deyib.

Bir neçə gün bundan əvvəldə də eyni yerdə baş verən yanğın nəticəsində 12.5 hektar meşə zolağı yanaraq kül olmuşdu.

Yerli sosial media fəalları hökumətin bölgəyə yetərli yanğınsöndürmə texnikası göndərmədiyini,  yanğını ətraf kəndlərin əhalisinin söndürüldüyünü yazıblar.

 Qeyd edək ki, Sərdəşt bölgəsi 90 min hektar meşə və 30 min hektar otlaq sahəsinə malikdir. Bu baxımdan Qərbi Azərbaycan əyalətində  birinci yeri tutur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar