SON XƏBƏRLƏR

İsrail İranın Suriyada mövqelərinə həmlə edib

2023.08.07, 12:50
İsrail İranın Suriyada mövqelərinə həmlə edib

İsrail Qolan Təpələrindən yerli vaxtla saat 02:20-də Dəməşqə yaxın hərbi təsisata raketlərlə həmlə edib. Həmlə nəticəsində 4 hərbçi ölüb, 4 nəfər də yaralanıb. Bunu Suriyanın Dövlət Xəbər Agentliyi ( Syrian Arab News Agency) bildirib.

Gunaz.tv

Agentliyin məlumatına istinadən,  Suriyanın hava qüvvələri raketlərin bir neçəsini məhv edə bilib. 

Xatırladaq ki, İsrailin Alma Tədqiqat Müəssisəsi avqusutun 3-də hesabatla bildirmişdi ki, İran Suriyanın kimyəvi silahlar sənayesinin önəmli sektorlarını ələ keçirməklə,  bu mərkəzlərdə qabaqcıl silahlar istehsal edib, Livanın Hizbullahına göndərmək niyyətindədir. "İsrail isə belə bir vəziyyətdə həmin kimyəvi silahların Suriya və Livanın hər hansı bölgəsində depolarına həmlə edəcək". 

Qeyd edək ki, İsrail İrnın bölgədə sabitliyi pozma hərəkətləri barədə dəfərlərlə bildirib ki, bu ölkənin İsrailin sərhədlərinə yaxın hərbi gücünün artırılmasına əsla yol verməyəcək. 

 Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar