SON XƏBƏRLƏR

İran həbsxanalarında 6 məhkum edam edildi

2023.08.07, 13:56
İran həbsxanalarında 6 məhkum edam edildi

İranın Kirman, Ərak, Dezful və Qəzvin şəhərlərinin həbsxanalarında daha 6 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda məhbuslardan beşinin narkotik maddələrin alveri, birinin isə silahlı basqın və oğurluqda günahandırıldığı bildirilib.

İyul ayı ərzində İran həbsxanalarında 4-ü qadın və 4-ü Əfqanistan vətəndaşı olmaqla 61 nəfər edam edilib.

Cari ilin 7 ayı ərzində isə İranda ümumilikdə 423 nəfər edam edilib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar