SON XƏBƏRLƏR

Ombudsman BMT nümayəndələrinin bəyanatını pisləyib

2023.08.08, 12:24
Ombudsman BMT nümayəndələrinin bəyanatını pisləyib

Ombudsman Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatını pisləyib.

Gunaz.tv

Səbinə Əliyeva bildirib ki, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə,  bir milyondan çox qaçqın,  keçmiş məcburi köçkünlərin  fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, etnik təmizləmə, genosid və digər müharibə cinayətlərinə, itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə, mina terroruna hər hansı bir reaksiya verməyən və ya bilərəkdən göz yuman BMT-nin xüsusi məruzəçilərinin, ekspertlərinin qərəzli  bəyanatlar verməsi ilk olaraq BMT-nin norma və prinsiplərinin heçə sayılması və ikili standartlar kimi qiymətləndirilməlidir.. 

Ombudsman  BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərini və müstəqil ekspertini bir daha öz fəaliyyətlərini BMT tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirməyə, ikili standandartlara yol verməməyə,  bölgədə davamlı olaraq təxribatlar törədən Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırıb. 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar