SON XƏBƏRLƏR

Kanada və Britaniyadan İrana qarşı yeni sanksiyalar

2023.08.09, 09:00
Kanada və Britaniyadan İrana qarşı yeni sanksiyalar

Kanada beynəlxalq sülh və təhlükəsizliyə təhdid hesab etdiyi fəaliyyətlərinə görə İranın bir sıra məmurlarını sanksiya siyahısına daxil edib.

Gunaz.tv

Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bugünkü sanksiyalar siyahısına beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edən və ya İranda insan haqlarının kobud və sistemli şəkildə pozulmasında əli olan  7 şəxs daxildir.

Siyahıda İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Əkbər Əhmədian, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və Strateji Mərkəzinin keçmiş komandiri və digər yüksək səviyyəli İran rəsmiləri də var.

Sanksiyalar həmçinin İran silahlı qüvvələrinin regionda sabitliyi pozmaq üçün istifadə etdiyi və  Rusiyaya ixrac edilən pilotsuz uçuş aparatları hazırlayan dövlət şirkətlərindəki yüksək vəzifəli  şəxsləri də hədəf alır.

Bununla yanaşı, Britaniya da Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə əlaqədar İranda ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Londonun sanksiya siyahısına İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Belarusiya, Slovakiya və İsveçrə kimi ölkələrdən 22 nəfər və daha üç xarici şirkət daxil edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar