SON XƏBƏRLƏR

İranlı ekspert Şuşaya "Şuşi" dedi

2023.08.09, 15:39
İranlı ekspert  Şuşaya "Şuşi" dedi

Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən ermənipərəst analitik Ehsan Movəhhediyan növbəti dəfə cəfəng fikirlər səsləndirib.

Gunaz.tv


AzVision.az xəbər verir ki, o, sosial media hesabında Şuşanı qərəzli şəkildə “Şuşi” adlandırıb.

Üstəlik, sərsəm iddialar irəli sürüb: "İranı təhdid etmək məqsədi ilə Zəngilan və Füzulidə iki hərbi hava limanı tikən Bakı 2024-cü ilə qədər Laçında, Ermənistanla bitişik Qorçu kəndində üçüncü hava limanını tamamlayacaq.

Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr, eni isə 60 metrdir. Sahəsi 50 min kvadratmetr olan hava limanı Laçından 30 km, Kəlbəcərdən 60 km və “Şuşidən” (Şuşa) 70 km məsafədə yerləşir”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar