SON XƏBƏRLƏR

Urmunun millət vəkili çörəyin bahalaşmasından danışdı

2023.08.09, 15:45
Urmunun millət vəkili çörəyin bahalaşmasından danışdı

Urmu şəhərinin İran parlamentindki nümayəndəsi Salman Zakir çörəyin qiymətinin bahalaşdırılmasını tənqid edib.

Gunaz.tv

"Aztəminatlı təbəqənin yeganə ümidi ucuz çörəyə idi, çörəyin bahalaşması təqdirdə onların bütün ümidləri kəsiləcək",- millət vəkili bildirib.

O, hakimiyyətə bundan əvvəl  xalqın süfrəsini zənginləşdirmək və məişət problemlərini aradan qaldırmaq barədə vədlərini xatırladıb.

Son günlər İranın 13 əyalətində çörəyin qiyməti artıb və rəsmilərin dediyinə görə, avqustun 20-ə kimi ölkənin bütün bölgələrində çörəyin qiyməti 40% bahalaşacaq. 

Qeyd edək ki,  İran Prezidenti İbrahim Rəisi bir müddət öncə çörəyin qiymətinin bahalaşmasının hökumətin qırmızı xətti olduğunu və buna yol verilməyəcəyini demişdi. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar