SON XƏBƏRLƏR

Təbrizin millət vəkili Urmu gölünə görə valini qınadı

2023.08.11, 08:00
Təbrizin millət  vəkili Urmu gölünə görə valini qınadı

Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmediyanın Urmu gölü ilə bağlı çıxışına cavab verib.

Gunaz.tv

Millət vəkili kürdəsilli və Xorasan əyalətindən Qərbi Azərbaycana gətirilən valinin hökumətin Urmu gölünün bərpasına çalışdığı barədə iddialarını əsassız adlandırıb.

O, Urmu gölünün Bərpası Qərargahının əyalət valisi Məhəmməd Sadiq Mötəmediyannın nəzarətinə verilməsindən sonra ekoloji faciənin daha da dərinləşdiyini deyib.

Əlirzabeygi hazırda iddia olunduğu kimi su anbarları və çaylardan Urmiya gölünün su payının buraxılmadığını bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin valisi Urmu gölü ilə bağlı etirazları əsassız adlandırıb. Hökumətin gölü bərpa etdiyini deyib və gölün durumu ilə bağlı etiraz edənləri düşmən adlandıraraq onların cəzalandırılmasını tələb edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar