SON XƏBƏRLƏR

Əli Xaməneyinin ölməsi ilə İranda rejim dəyişə bilər

2023.08.11, 14:28
Əli Xaməneyinin ölməsi ilə İranda rejim dəyişə bilər

“Əli Xaməneyinin ölməsi ilə İranda rejimin dəyişməsi ehtimalı güclənəcək, demokratiyaya keçid başlayacaq” Bunu Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Robert Bolton iddia edib.

Gunaz.tv

“Xaməneyinin ölməsi ilə SEPAH-ın komandanları səviyyəsində törənəcək olayları və onların ruhanilərlə qarşıdurmaya başlayacaqlarını nəzərə alaraq,  rejimin dəyişəcəyi ehtimlı daha böyükdür” -deyə Bolton Yerusəlim Ümumi Araşdırmalar Mərkəzində keçirilmiş veb-seminarda çıxışı zamanı bildirib. 

Seminar “İranda demokratiya üçün cəhdləri himayə və Sepaha Avropa tərəfindən sanksiya qoyulması vacibliyi” mövzusunda keçirilib, İsrailin təhlükəsizlik naziri Gila Qamliel də itştirak edib. 

“Xaməneyinin durumu dəfələrlə pisləşib. Onun ölməsindən sonra İranda hakimiyyət keçidi barədə bəlli və reallaşa biləcək bir vəziyyət müşahidə olunmur” -deyə Bolton əlavə edib.

Xatırladaq ki, İranın rəhbəri Əli Xaməneyi indi 84 yaşındadır və vaxtaşırı xəstələnir.  

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar