SON XƏBƏRLƏR

İranda öldürülən qadınların sayı artıb

2023.08.11, 15:49
İranda öldürülən qadınların sayı artıb

Buşehr əyalətinin Təngistan şəhərində ailə başçısı 42 yaşlı həyat yoldaşı və 22 yaşlı qızını ailə daxili münaqişə zəminində öldürüb.

Gunaz.tv

Bu barədə Buşehr əyalətinin polis rəisi Heydər Susəni açıqlama verib.

Qeyd edək ki, İran mediasının verdiyi rəsmi statistikaya görə, son 2 il ərzində 165 qadını ailə üzvləri öldürüb.

Onlardan 108 qadını əri, 17-ni qardaşı, 13 -nü  atası, 9 -nu  oğlu, 19 qadını  isə başqa ailə üzvləri və qohumları qətlə yetirib. 

İnsan haqları müdafiəçilərinin dediyinə görə, İranda ailə üzvlərinin öldürdüyü  qadınların sayı rəsmi statistikada göstərilənlərdən bir neçə dəfə çoxdur.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar