SON XƏBƏRLƏR

Zelenski hərbi komissarların hamısını işdən çıxardı

2023.08.11, 16:16
Zelenski  hərbi komissarların hamısını işdən çıxardı

Ukraynada bütün vilayət hərbi komissarları işdən çıxarılıb. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu gün keçirilən iclasında bildirib.

Gunaz.tv

Ukrayna prezidenti  bu qərarı ölkənin hərbi komissarlıqlarının yoxlanışından sonra qəbul etdiyini deyib. 

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnı yeni hərbi komissarları təyin edəcək.  Ölkənin Təhlükəsizlik Xidməti həmin şəxsləri təyin olunmazdan öncə yoxlayacaq.

“Müharibənin nə olduğunu, rüşvətin Vətənə xəyanət olduğunu bilən insanlar bu sistemi idarə etməlidir. Bu iş ön cəbhədə döyüşüb sağlamlığını itirdiyinə görə səngərdə ola bilməyən, lakin ləyaqətini qoruyub saxlayan hərbçilərə  həvalə oluna bilər”, deyə Zelenski vurğulayıb.

Ukrayna lideri onu da əlavə edib ki, ümumilikdə hərbi komissarlıq rəislərinə qarşı 112 cinayət işi açılıb və 33 şübhəli fakt var.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar