SON XƏBƏRLƏR

Həmədanda təbrizli qadın edam edildi

2023.08.14, 14:09
Həmədanda təbrizli qadın edam edildi

Güney Azərbaycanın Həmədan şəhərinin həbsxanasında 40 yaşlı təbrizli Rüqəyyə Abidini narkotik maddələrin satışında ittiham olunduğuna görə edam edilib.

Gunaz.tv

Bununla yanaşı, İranın Kəhnuc, Bəm, Bircənd və Zahidan şəhərlərinin həbsxanalarında da 6 məhkumun edam cəzası icra olunub.

Edam edilənlərin altısı narkotik maddələrin alverində, biri isə adam öldürməkdə günahlandırılıb.

Qeyd edək ki, iyul ayı ərzində İran həbsxanalarında 4-ü qadın və 4-ü Əfqanistan vətəndaşı olmaqla,  61 nəfər edam edilib.

Cari ilin 7 ayı ərzində isə İranda ümumilikdə 423 nəfər edam olunub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar