SON XƏBƏRLƏR

Güneyli jurnalist yenidən həbs edildi

2023.08.15, 11:00
Güneyli jurnalist yenidən həbs edildi

Tehranda yaşayan güneyli jurnalist Nazilə Mərufiyan girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldıqdan bir gün sonra yenidən həbs edilib.

Gunaz.tv

Bildirilir ki, jurnalist sərbəst buraxıldıqdan bir gün sonra, avqustun 14-də mobil telefonunu götürmək üçün polis bölmsinə getdiyi zaman saxlanılıb.

Anası ilə bölməyə gedən gənc jurnalist bir neçə polis tərəfindən ağır şəkildə döyülüb və  təhqir olunub.

Anası ilə birlikdə təcridxanaya salınan Nazila Mərufiyan Qərçək həbsxanasına köçürülüb, anası isə sərbəst buraxılıb.

Onun həbsdən çıxdıqdan sonra hicabsız foto çəkdirərək sosial mediada yaydığına görə saxlanıldığı ehtimal edilir.

Nazila Mərufiyan cari ilin yanvar ayında "ictimai rəyi çaşdırmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq" ittihamına görə iki il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2022-ci ildə İranda meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatlarına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar