SON XƏBƏRLƏR

Hicab üzrə qarşıdurmaya görə İranda şəhər sakinlərinə şallaq cəzası verilib

2023.08.15, 12:02
Hicab üzrə qarşıdurmaya görə İranda şəhər sakinlərinə şallaq cəzası verilib

Hicab göstərişinə tabe olmadıqlarına görə İranda Ərak şəhərinin bir neçə sakininə şallaq, nəğd cərimə və həbs cəzası verilib.

Gunaz.tv

“Ərakda hicaba çağırış edən qadın ilə münaqişəyə görə 1 kişi və 2 qadına 1 ilədək həbs, 74 şallaq və nəğdd cərimə qərarı verilib. 

Belə ki, Ərak rayonu müalicə mərkəzlərinin birində  bir “Hərəm Müdafiəçisinin” yoldaşı onları hicaba riayət etməyə çağırarkən münaqişə yaranıb. Onlar ümumi keçidlərdə hicaba riayət etmədiklərinə və münaqişəyə görə məhkum edilmələrinə qərar çıxarılıb.” -deyə Mərkəzi Əyalətin Baş Ədliyyəsinin sədri Əbdül Mehdi Musəvi açıqlayıb.

Qeyd edək ki, “Hərəm Müdafiəçisi” Suriyada imamzadaların türbələrini müdafiə bəhanəsi ilə, əslində isə  İranın terrorist məqsədlərini bölgədə həyata keçrimək üçün Suriyaya göndərilmiş SEPAH məmurlarına deyilir.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar