SON XƏBƏRLƏR

Dəməşqdə İrana məxsus sursat anbarı vuruldu

2023.08.16, 12:19
Dəməşqdə İrana məxsus sursat anbarı vuruldu

Livan "Hizbullah"ının nəzarətində olan, Suriya ilə sərhəddə yerləşən, Qələmun bölgəsində İrana bağlı qüvvələrə məxsus olduğu deyilən silah-sursat anbarında partlayış baş verib.

Gunaz.tv

Suriya İnsan Haqları Müşahidə Qrupu xəbəri təsdiqləyib və avqustun 15-i günortadan sonra raketlərin saxlanıldığı anbarda güclü partlayış olduğunu bildirib.

Məlumatda qeyd edilib ki, raket anbarındakı partlayışdan sonra Dəməşq ətrafında yerləşən Əlrəhibədə də güclü partlayış səsləri eşidilib.

Suriya hökuməti partlayışla bağlı heç bir açıqlama verməsə də, müstəqil media silah-sursat anbarının İrana bağlı qüvvələrə məxsus olduğunu yazıb.

Hadisə nəticəsində ehtimal edilən ölü və yaralılar barədə məlumat verilməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar