SON XƏBƏRLƏR

Millət vəkili hicab layihəsinə görə hakimiyyəti tənqid etdi

2023.08.17, 12:03
Millət vəkili hicab layihəsinə görə hakimiyyəti tənqid etdi

Xalxal şəhərinin İran parlamentindəki nümayəndəsi Seyyid Qəni Nəzəri məcburi hicab qaydaları ilə bağlı qanun layihəsinin vətəndaşları maraqlandırmadığını deyib.

Gunaz.tv

Bu barədə "Əsr İran" qəzeti məlumat yayıb.

O, hazırda əhalinin əsas qayəsinin məişət və yaşayış problemlərinin həlli olduğunu deyib.

"Dövlətin prioriteti vətəndaşların iqtisadi problemlərini həll etmək olmalıdır, hicabla bağlı qanun layihəsinin heç bir ciddi əhəmiyyəti yoxdur",- azərbaycanlı millət vəkili bildirib.

Seyyid Qəni Nəzəri deyib ki, hicabın allahın əmri olduğunu deyənlər allahın əmrini cərimə, pul almaq vasitəsilə həyata keçirməyə çalışırlar.

"Belə qanunların müzakirəsi və gündəmə gətirilməsi qaçaqmalçılıq, narkotik maddələrin alveri, xarici valiyuta qaçaqmalçılığı, oğurluq və başqa bu kimi məsələlərin arxa plana keçməsinə səbəb olur",- xalxallı millət vəkili vurğulayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar