SON XƏBƏRLƏR

Məhəmmədrza Amaninin məhkəmə keçirilib

2023.08.21, 11:26
Məhəmmədrza Amaninin məhkəmə keçirilib

Milli-mədəni fəal və sənətçi Məhəmmədrza Amani Nadarlının (Araz) Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərində məhkəməsi olub.

Gunaz.tv

Bu abrədə sosial media fəalları məlumat paylaşıblar.

Azərbaycan rəqsi müəlliminə qarşı "İran İslam Respublikasına müxalif olan qrup və təşkilatların xeyrinə təbkiğat" ittihamı irəli sürülüb.

Qeyd edək ki, "Mişov Qartalları" mədəniyyət dərnəyinin məsulu olan Məhəmmədrza Amani bundan əvvəl mayın 21-də həbs edilmiş və iyunun 10-da girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.

Onun barəsində son qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Məhəmmədrza Amani Nadarlı (Araz) bundan əvvəldə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar