SON XƏBƏRLƏR

Milli fəal İbrahim Asimani təhlükəsizlik idarəsinə çağırıldı

2023.08.21, 11:49
Milli fəal İbrahim Asimani təhlükəsizlik idarəsinə çağırıldı

Təbrizdə yaşayan milli-mədəni fəal İbrahim Asmani Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli idarəsinə çağırılıb.

Gunaz.tv

Bu barədə o sosial media hesabında məlumat paylaşıb.

Qeyd edək ki, İbrahim Asimani bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə həbs edilib.

O, 16 iyulda Təbrizdə Urmu gölü ilə bağlı keçirilən aksiyalar zamanı saxlanılıb və iyulun 22-dən qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atıb.

Asimani iyulun 27-də 100 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz həbsxanasından azadlığa buraxılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar