SON XƏBƏRLƏR

İranda cümə imamı həbs edildi

2023.08.21, 14:39
İranda cümə imamı həbs edildi

Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin sünni məzhəbli cümə imamı Moləvi Fəthi Məhəmməd Nəqşbəndi təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, o həbs edilən zaman döyülüb və təhqir olunub.

Din xadiminin nədə ittiham olunduğu barədə məlumat verilməsədə onun həbsinin son vaxtlar hakimiyyəti kəskin tənqid etməsi ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, sünni məzhəbli din xadimi bundan əvvəldə hakimiyyətə qarşı çıxışlarına görə təzyiqlərə məruz qalıb.

O, təhlükəsizlik və SEPAH-ın kəşfiyyat bölməsi tərəfindən saxlanılaraq dindirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar