SON XƏBƏRLƏR

Əli Xaməneyinin canişini indiki prezident Rəisi ola bilər

2023.08.23, 11:31
Əli Xaməneyinin canişini indiki prezident Rəisi ola bilər

“İranın rəhbəri Əli Xaməneyinin canişini kimi zəka nisbəti (IQ) aşağı olsa da indiki prezident İbrahim Rəisi ciddi seçim ola bilər.”. Bunu İsrail Ordusunun Təhlükəsizlik İdarəsi bildirib.

Gunaz.tv

İsrailin Vala-News xəbər agentliyi həmin idarənin açıqlamasına istinadən İbrahim Rəisinin “savadsız və zəka nisbəti aşaığı” olduğu bir halda Əli Xaməneyinin yerini tutmağa əlverişli vəziyyətdə olduğunu bildirib.

Bu halda Rəisi “kukla teatrının oyuncağı” rolunu ifa edə bilər. 

“Rəsi əsla baş açmadığı məsələlərin həlli üçün söz verib.”-deyə İdarənin təhlükəsizlik zabitlərindən biri qeyd edib.

İsrail Ordusunun Təhlükəsizlik İdarəsinin zabitləri Rəisi barədə hesabatda onun savadının yetərli olmadığı və zəka nisbətinin aşağı olduğu barədə eyni düşüncədədirlər.

Lakin onlar bu məslələrin Rəisinin İranın rəhbəri Əli Xaməneyinin canışını olmasına mane olmayacağını düşünürlər. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar