SON XƏBƏRLƏR

Rəştdə milli fəal prokurorluğa çağırıldı

2023.08.28, 13:45
Rəştdə milli fəal prokurorluğa çağırıldı

Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Vədud Əsədi prokurorluğa çağırılıb.

Gunaz.tv

Məhkəmə sisteminin emaili ilə göndərilən çağırışda mədəni fəaldan sentyabrın 10-da Rəşt şəhərinin prokurorluğuna gəlməsi  istənilib.

Bildirilib ki, bu, ona qarşı "hakimiyyət əleyhinə təbliğat və rəhbəri təhqir etmək" ittihamları ilə bağlıdır.

Qeyd edək ki, Vədud Əsədi bundan əvvəl dəfələrlə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb.

O, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək aksiyasına qatıldığına görə 13 gün müddətinə həbs edilmişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar