SON XƏBƏRLƏR

Su qıtlığı Urmuya da çatdı

2023.09.01, 16:45
Su qıtlığı Urmuya da çatdı

Avqustun 1-dən Təbrizdə davam edən su kəsintilərindən sonra Urmu şəhəri və ətraf bölgələrində də içməli su qıtlığı yaşanır.

Gunaz.tv

Yerli sosial media fəallarının verdiyi məlumata görə, Urmunun Nəsr şəhərciyində içməli su kəsintiləri vətəndaşların etirazları ilə qarşılaşıb.

Qeyd edilib ki, günlərdir şəhərciyin minlərlə sakini içməli suya olan tələbatlarını səyyar su tankerləri vasitəsilə həll etməyə məcbur olublar.

Qeyd edək ki, oxşar problem Xoy və Makı bölgəsinin bir neçə yaşayış məntəqəsində də davam edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar