SON XƏBƏRLƏR

Güneyli fəal ağır həbs cəzasına məhkum edildi

2023.09.02, 10:00
Güneyli fəal ağır həbs cəzasına məhkum edildi

Güney azərbaycanlı ictimai fəal Ramin Qaşqayi Qorbaçi Qəzvin şəhərinin İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə məlumat yayan insan haqları fəalları azərbaycanlı fəala qarşı "hökumət əleyhinə təbliğat" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamlarının irəli sürüldüyünü bildiriblər.

Həbs cəzası ilə yanaşı, Ramin Qaşqayi Qorbaçinin iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub, həbsdən sonra iki il Sistan və Bəlucistan əyalətində sürgünə məhkum edilib.

Qeyd edək ki, ictimai fəal 12 mart 2023-cü ildə Qəzvin şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, may ayının əvvəllərində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Qəzvinin Çubindər həbsxanasından azadlığa buraxılmışdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar