SON XƏBƏRLƏR

Urmulu tələbə universitetdən qovuldu

2023.09.04, 11:13
Urmulu tələbə universitetdən qovuldu

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin Universitetində iqtisadiyyat üzrə təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə Tələbə Həmkarlar İttifaqı Şurası məlumat yayıb.

Nərgiz Fədakarın müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiyinə görə cəzalandırıldığı bildirilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna  "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar