SON XƏBƏRLƏR

Təbrizdə qeyri-farsların birliyini əks etdirən plakatlar asıldı

2023.09.04, 12:23
Təbrizdə  qeyri-farsların birliyini əks etdirən plakatlar asıldı

Sentyabrın 3-ü gecə saatlarında Təbrizin mərkəzində yerüstü piyada keçidindən Azərbaycan, bəluç və ərəb xalqlarının birliyini əks etdirən plakat asılıb.

Gunaz.tv

Bu barədə milli fəallar məlumat və video paylaşıblar.

Plakatda "Azadlıq, Ədalət, Milli Hökumət" şüarı yazılıb, Azərbaycan, ərəb və bəluç xalqlarının milli hüquqlarının əldə edilməsi üçün birgə mübarizə etmələrinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, bundan öncə Güney Azərbaycan və Əl-Əhvaz (Xuzistan) xalqlarının birgə mübarizəsi və birliyi barədə də şüarlar səsləndirilib, plakatlar qaldırılıb.

Bu dəfə bu fikirlər bəluçlarla birlikdə ifadə olunub.

Bundan öncə bir sıra radikal qruplar, təşkilatlar İranda yaşayan qeyri-fars xalqların birliyinə xələl gətirən torpaq iddiaları edib, reallığa uyğun olmayan xəritələr yaymaqla fars şovinizminə qarşı birgə mübarizəyə kölgə salıblar.

Azərbaycan, Əl-Əhvaz və Bəluçistan xalqlarının birliyini əks etdirən şüarlar İranda qeyri-fars xalqların birgə mübarizəsinin yeni dövrünün başlanmasından xəbər verir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar