SON XƏBƏRLƏR

Azərbaycanlı qadın hicaba görə həbs edildi

2023.09.08, 15:49
Azərbaycanlı qadın hicaba görə həbs edildi

Qəzvin şəhərində məcburi hicab qaydalarını pozduğuna və geyim tərzinə görə azərbaycanlı qadın həbs edilib.

Gunaz.tv

Bu barədə İranın "Təsnim" xəbər agentliyi Qəzvin Prokurorluğuna istinadən məlumat yayıb.

Saxlanılan qadının Ərbəin günündə islami geyim qaydalarını pozduğuna görə cəzalandırıldığı bildirilib.

Prokurorluğun məlumatında saxlanılan şəxsin kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.

Etiraz aksiyaları səngiyəndən sonra, xüsusən son aylar məcburi hicab qaydalarına riayət edilmədiyinə görə çox sayda şəxs həbs olunub, 3 minə yaxın iş yeri bağlanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar