SON XƏBƏRLƏR

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2497 nəfərə çatıb

2023.09.11, 14:19
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2497 nəfərə çatıb

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 497 nəfərə çatıb. Bu barədə “Asharq News” agentliyi məlumat yayıb.

Gunaz.tv

Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub.

Yeraltı təkanlar paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.

Mərrakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar