SON XƏBƏRLƏR

İran hakimiyyətinin Güney Azərbaycana qarşı assimilyasiya siyasəti davam edir

2023.09.11, 15:23
İran hakimiyyətinin Güney Azərbaycana qarşı assimilyasiya siyasəti davam edir

İranın dini-şovenist hakimiyyətinin Güney Azərbaycana qarşı assimilyasiya siyasətinin davamında bir sıra yeni coğrafi məkanların adları dəyişdirilib.

Gunaz.tv

İranın daxili işlər naziri Əhməd Vəhidi Qərbi Azərbycanın valisinə məktub ünvanlayaraq əyalətin bir sıra inzibati ərazi adlarının dəyişdirildiyini bildirib.

Nazir məktubda nazirlər kabinetinin bir sıra coğrafi adlarının dəyişdiriməsi barədə qərarını əyalətin valisi Məhməmməd Sadıq Mötəmidiana bildirib.

Qərara əsasən Güney Azərbaycanın Qərbi Azərbaycan Əyalətində yerləşən Təzə Kənd şəhərinin adı Taxt Süleyman , həmçinin Çaybasar qəsəbəsinin Pezi kəndinin adı “Pezik” , habelə Çarıq qəsəbəsinin Zola və Behik kəndlərinin adları birləşdirilməklə Zolabehik  olaraq   dəyişdirilib.

Xatırladaq ki, İranın keçmiş Kralıq və davamında indiki dini-şovenist hakimiyyəti Qacarlar sülaləsini devirəndən sonra Güney Azərbaycana qarşı coğrafi, sosial, iqtisadi və sair assimilyasiya siyasətini yürüdür. 

Bu istiqamətdə, o cümlədən Ocan şəhərinin adı Bostanabad, Xiyav şəhərinin Meşginşəhr, Qardağ bölgəsinin Ərəsbaran, Tikantəpə şəhərinin adı Tikab, Qoşaçay şəhərinin adı Mianduab adına dəyişdirilib. Bunlardan başqa,  Güney Azərbaycanda yüzlərlə dəyişdirilmiş yer adlarını vurğulamaq olar. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar