SON XƏBƏRLƏR

Azərbaycanlı ictimai fəal yenidən həbs edildi

2023.09.15, 10:30
Azərbaycanlı ictimai fəal yenidən həbs edildi

Tanınmış ictimai fəal və keçmiş siyasi məhbus Yaşar Təbrizi sentyabrın 14-ü axşam saatlarında Təbrizdə təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat yayıb.

"Təbrizin Əmir əl-Möminin meydanında Yaşarın avtomobili saxlanılıb. Avtomobildə axtarış aparılıb, onun və həyat yoldaşının mobil telefonları götürülüb və Yaşar naməlum yerə aparılıb",- məlumatda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl ictimai fəaliyyətlərinə görə dəfələrlə həbs edilən Yaşar Təbrizi barəsində avqustun 27-də "hökumətə qarşı təbliğat" ittihamına görə bir illik həbs qərarı çıxarılıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar