SON XƏBƏRLƏR

Urmu gölünün son görüntüləri yayıldı

2023.09.22, 16:11
Urmu gölünün son görüntüləri yayıldı

Urmu gölünün suyunun quruduğunu və ekoloji problemin davam etdiyini əks etdirən fotolar yayılıb.

Gunaz.tv

Fotolardan gölün yalnız şimal hissəsində az miqdarda suyun olduğu məlum olur.

Bir neçə gün bunndan əvvəl Qərbi Azərbaycan əyalətinin valisi və Urmu gölünün bərpası ilə bağlı məsul şəxs sayılan Məhəmməd Sadiq Mötəmediyanın vədləri növbəti dəfə yerinə yetirilməyib.

O, iki həftə əvvəl gölün vəziyyətinin yaxşılaşdırılması üçün bəndlərdən gölə su buraxılacağını demişdi.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji su həcmi isə 15,5 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda Urmu gölünün sahəsi təxminən 500 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 600 milyon kubmetrdən azdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar