SON XƏBƏRLƏR

Türkiyə Prezidenti Naxçıvana yola düşüb

2023.09.25, 13:29
Türkiyə Prezidenti Naxçıvana yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfərə yola düşüb. TRT Haber xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi Atatürk hava limanından Naxçıvana hərəkət edib.

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutacaq görüşlərdə iki dövlət arasında münasibətlər, Qarabağdakı hazırkı vəziyyət başda olmaqla regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Azərbaycan və Türkiyə prezidentlərinin Idğır-Naxçıvan Təbii Qaz Xəttinin təməlqoyma mərasimində iştirakları və modernizə edilmiş Naxçıvan Hərbi Kompleksinin açılışı nəzərdə tutulub.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar