SON XƏBƏRLƏR

Öldürülən qəzvinli gəncin ailəsi həbsxanaya köçürülüb

2023.09.25, 16:19
Öldürülən qəzvinli gəncin ailəsi həbsxanaya köçürülüb

2022-ci il sentyabrın 22-də etiraz aksiyalarında öldürülən qəzvinli gənc Cavad Heydərini atası Əlipənah, qardaşları Ruhullah və Mürtəza Heydəri Qəzvin şəhərinin Çubindər həbsxanasına köçürülüblər.

Gunaz.tv

"Atam və qardaşlarım təhlükəszilik təcridxanasından həbsxanaya köçürülüblər. Qardaşım Mürtəza şəkərli diabet xəstəsi olmasına baxmayaraq barəmizdə baş verən ədalətsizliyə görə 3 gündür aclıq aksiyasına başlayıb",- o, bildirib.

Fatimə Heydəri, göstərilən psixoloji təzyiqlər nəticəsində anasının vəziyyətinin ağırlaşdığını və xəstəxanaya yerləşdirildiyini yazıb.

Qeyd edək ki, sentyabrın 22-i Cavad Heydərinin öldürülməsinin ildönümü mərasiminin keçirilməsinin qarşısnı almaq üçün, onun ata evinə hücum edilib və ailə üzvləri saxlanılıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar