SON XƏBƏRLƏR

Hakimiyyət Zahidan şəhəri çevrəsində torpaq qalaqlayır, xəndək qazır 

2023.09.26, 11:42
Hakimiyyət Zahidan şəhəri çevrəsində torpaq qalaqlayır, xəndək qazır 

İran hakimiyyətinin təhlükəszilik qüvvələri Qanlı Cümə adlandırılan qırğının ilk ildönümünə bir neçə gün qalmış döyüş hazırlığı olaraq şəhərin çevrəsində torpaq qalaqlayır.

Gunaz.tv

Sistan və Bəluçistan Əyalətinin “Haalvsh” xəbər portalı yolçəkmə texnikalarının Zahidan şəhəri çevrəsinə torpaq qalaqlama və xəndək qazma fəaliyyətlərindən görüntülər paylaşıb.

Portal bildirib ki, hakimiyyətin hərbi və təhlükəsizlik qurumları həmçinin Zahidanda Dur-Yoxlma postlarını və qüvvələrini artırıb.

“Şəhərin çevrəsində dərin xəndəklər qazılıb və torpaq qalaqlanıb. Məqsəd isə giriş-çıxışların qapadılması və təhlükəsizliyin artırılmasıdır.”-deyə portal bildirib.
تصاویر منتشر شده در کانال حال‌وش

Xatırladaq ki, Sistan və Bəluçistanın Rask şəhərinin cümə namazı imamı Moləvi Ədbül Qafar Nəşbəndi video paylaşaraq sentyabrın 29-u “Qanlı Cümə Günü” (جمعه_خونین_زاهدان#) adlandırılan bəluç xalqına qırğının ilk il dönümündə əhalini etirazlara və tətil keçirməyə çağırıb. 

Nəqşbəndi etirazların keçirilməsinə səbəb kimi deyib: “1 il ötüb hələ də hansısa bir atəş açmış məmuru mühakimə etməyblər. 

Hətta onların komandrilərinə yeni rütbə də verilib. Bizim hamımızı öldürsəz, həbsxanalara salsaz da, haqımızdan bir an belə geri dönməyəcəyik.”

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar