SON XƏBƏRLƏR

Təbrizli millət vəkili: "Azərbaycan xalqını incitdik, özümüzdən uzaqlaşdırdıq"

2023.09.29, 11:23
Təbrizli millət vəkili: "Azərbaycan xalqını incitdik, özümüzdən uzaqlaşdırdıq"

İran hökumətinin Ermənistana dəstək siyasəti məğlubiyyətə uğrayıb.

Gunaz.tv

Bunu Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi sosial media hesabında yazıb.

O, Vətən müharibəsi zamanı İranın Ermənistanı dəstəkləməsinin nəticələrinə toxunub:

“Azərbaycan və Ermənistan arasında ikinci müharibə bundan əvvəlki Həsən Ruhani hakimiyyəti dövründə baş verdi. İran hökuməti məsələ ilə bağlı yanlış mövqe tutdu və bu, Azərbaycan xalqının bizdən daha da uzaqlaşmasına səbəb oldu. Onlar bizim qohumlarımızdırlar, ancaq biz elə bir iş gördük ki, onlar bizdən incidilər”.

O, hazırkı hökumətin də eyni yanlış siyasəti yürütdüyünü, bunun qarşılığında isə Ermənistanın Qərbə üz tutduğunu, ABŞ-la birgə hərbi təlimlər keçirdiyini xatırladıb:

“Ermənistan regional siyasətini yenidən formalaşdırır, NATO-nun bölgədə yerləşməsinə zəmin yaradır. Biz isə Ermənistana görə  Azərbaycan xalqını özümüzdən uzaqlaşdırdıq. Bu, İranın necə aldandığını və səhv siyasi kurs seçdiyini göstərir”. (Axar.az)

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar