SON XƏBƏRLƏR

Zahidanda elan edilməmiş hərbi vəziyyət hökm sürür

2023.09.29, 14:51
Zahidanda elan edilməmiş hərbi vəziyyət hökm sürür

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhəri hökumət qüvvələri tərəfindən mühasirəyə alınıb.

Gunaz.tv

SEPAH, polis qüvvələri və mülki geyimli şəxslərin şəhəri mühasirəyə alması bu gün cümə namazından sonra Məkki məscidindən başlayaraq keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlıdır.

Bəluc Fəallarının Kampaniyası bildirir ki, şəhər küçələrinə zirehli texnika cəlb edilib, Məkki məscidinə gedən yollar bağlanıb və bir sıra binaların üstündə snayperçilər yerləşdirilib.

Zahidan və başqa bir neçə şəhərdə internet və mobil operatorlarının xidməti məhdudlaşdırılıb.

İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib əyalətdə terror törətməyə hazırlaşan bir neçə şəxsin saxlanıldığını iddia edib.

Nazirin bu çıxışının etirazların qarşısını almağa, repressiyaları əsaslandırmağa hesablandığı deyilir.

Keçirilməsi ehtimal edilən aksiya ötən ilin sentyabr ayının 30-da Zahidan şəhərində baş verən və "qanlı cümə" kimi tanınan etirazçı bəlucların öldürülməsinin ildönümü ilə əlaqəlidir.

Qeyd edək ki, 30 sentyabr 2022-ci ilin cümə günündə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçiriblər.

Hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar