SON XƏBƏRLƏR

Güneyli fəalın istintaqı keçirilib

2023.10.02, 11:30
Güneyli fəalın istintaqı keçirilib

Qadın haqları üzrə güneyli fəal Səfiyə Qarabağının oktyabrın 1-də istintaqı keçirilib.

Gunaz.tv

Mədəni fəal Zəngan şəhər sakini Qarabağı öz İnstaqram səhifəsində bu barədə açıqlama verib.

“Ötən gün (sentyabrın 30-u) Zəngan Prokurorluğunun 9-cu İstintaq Şöbəsi tərəfindən bildiriş göndərilib və mənə qarşı oktyabrın 4-də istintaq keçiriləcəyi bildirilib. 

Lakin həmin tarixdə mənim müraciət imkanım olmadığına görə oktyabrın 1-də getməli oldum.”-deyə mədəni fəal bildirib.

“İnstaqram hesabımda postlarım və “Story” mövzularımla bağlı şikayətdə əlyehimə “sistemə qarşı təbliğat” ittihamı irəli sürülüb. Müstəntiq “Story” mövzularım barədə suallar irəli sürüb. 

Belə ki, şəhərin küçələrinin asfaltı, keçidlərin subasması ilə bağlı şəhər müdiriyyətinin hərəkətlərinin sual altına alınması, həmçinin mədəni fəalların saxlanılması və şagirdlərin zəhərlənməsi xəbərlərinin paylaşımı barədə izahat və müdafiələrim qeydə alınıb.”-deyə qadın haqları fəalı açıqlayıb.

Xatırladaq ki, mədəni fəal Səfiyə Qarabağı bundan öncə də təhlükəsizlik idarəsinə dəfələrlə çağırılıb və fəaliyyəti tarixçəsində bir neçə dəfə saxlanılıb və həbs olunub.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar