SON XƏBƏRLƏR

İran həbsxanalarında 4 məhkum edam edilib

2023.10.02, 14:23
İran həbsxanalarında 4 məhkum edam edilib

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin həbsxanasında Cəfər Faid adlı 35 yaşlı məhkum edam edilib.

Gunaz.tv

Bununla yanaşı,  Ramhormoz və Loristanın Xurrəmabad şəhərlərində də 3 məhkumun edam hökmü həyata keçirilib.

İnsan haqları təşkilatları 4 məhkumun da adam öldürməkdə ittiham edildiklərini bildiriblər.

İran İnsan Haqları Təşkilatı yaydığı son hesabatında bu ölkədə ötən bir il ərzində 697 nəfərin edam edildiyini bildirib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar