SON XƏBƏRLƏR

Təbrizin millət vəkili qaçqınlara qarşı təzyiqləri pislədi

2023.10.04, 11:23
Təbrizin millət vəkili qaçqınlara qarşı təzyiqləri pislədi

Təbrizin İran parlamentindəki nümayəndəsi Əjməd Əlirzabeygi ölkədə qaçqınlara qarşı olan münasibəti tənqid edib.

Gunaz.tv

O, bu barədə yerli mediaya müsahibəsində bildirib.

"Qaçqınlara qarşı münasibətdə hissiyatla deyil, məntiqlə davranılmalıdır. Qaçqın probleminin həlli üçün parlamentdə işçi qrupu yaradılmalı, məsələlərə qanun çərçivəsində yanaşılmalıdır",- millət vəkili qeyd edib.

O, Avropa ölkələrinin immiqrasiya məsələsindən cəmiyyətin xeyrinə istifadə etdiklərini söyləyib və İranın bundan nümunə götürməsini istəyib.

Əlirzabeyginin bu çıxışı İranda yaşayan çox sayda əfqanıstanlı qaçqınlara qarşı təzyiqlərin artması və onların məcburi şəkildə ölkələrinə qaytarılması ilə bağlıdır.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Bir müddət əvvəl İran-Əfqanistan sərhəddində 11 yeniyetmə əfqanistanlı öldürülüb, 2022-ci il ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar