SON XƏBƏRLƏR

Şərqi Azərbaycana səfər edən turistlərin sayı açıqlandı- İsfahan rekord vurub

2023.10.05, 08:36
Şərqi Azərbaycana səfər edən turistlərin sayı açıqlandı- İsfahan rekord vurub

Son iki il ərzində Şərqi Azərbaycan əyalətinə 170 min xarici turist səfər edib.

Gunaz.tv

Bu barədə əyalətin Mədəni İsr, Turizm və Əl İşləri İdarəsi məlumat yayıb.

Türkiyə, Azərbaycan Respublikası, Rusiya, İraq, Ermənistan, Çin, Yaponiya və Tacikistan vətəndaşları bu müddət ərzində sıra ilə Şərqi Azərbaycana ən çox səfər edən turistlər olublar.

Qeyd edək ki, Şərqi Azərbaycanın mövcud potensialına görə bu rəqəm olduqca az sayılır.

Bu isə əyalətin turizm sənayesinə yetərli sərmayə qoyulmaması və bölgənin turizm potensialının tanıtdırılmaması ilə bağlıdır.

İsfahan əyalətinə ilin 6 ay ərzində səfər edən turistlərin sayı isə 340 min nəfər olub.

Bu isə 2014-cü ildə İsfahana illik 400 min xarici turistin cəlb edilməsi ilə bağlı başladılan layihələrin və bu sahəyə qoyulan sərmayənin nəticəsində baş verib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar