SON XƏBƏRLƏR

İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

2023.10.05, 11:49
İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.

Gunaz.tv

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırlayıb. 

Dövlətimizin başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib. 

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib. 

İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. 

Dövlətimizin başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirib. 

Səfir İssam bin Saleh əl-Cuteyli ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyib. O,  Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirib. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar