SON XƏBƏRLƏR

Britaniya bəhailərə qarşı təzyiqləri pislədi

2023.10.06, 12:49
Britaniya bəhailərə qarşı təzyiqləri pislədi

Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq İran hökumətinin bəhai təriqətinə mənsub şəxslərə qarşı repressiyalarını pisləyib.

Gunaz.tv

Bəyanatda 2023-cü ilin hesabatlarında bəhailərə qarşı təzyiqlərin daha da artdığı və bunun qəbuledilməzliyi qeyd edilib.

"İran hökumətindən həbsdə olan yaşlı və xəstə bəhailərin hamısını azad etməsini tələb edirik",- bəyanatda vurğulanıb.

Qeyd edək ki, rəsmi statistikaya görə, İranda 300 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar