SON XƏBƏRLƏR

Güney Azərbaycan təşkilatının nümayəndəsi BMT-nin iclasında qeyri-fars xalqlara qarşı ayrı-seçkilikdən danışdı

2023.10.09, 09:40
Güney Azərbaycan təşkilatının nümayəndəsi BMT-nin iclasında qeyri-fars xalqlara qarşı ayrı-seçkilikdən danışdı

“İranda sistematik ayrı-seçkilik və irqçilik Faktaraşdırıcı Komitə yaradılmaqla araşdırılmalıdır”. Güneyli hüquq müdafiəçisi, ƏRK — Azərbaycan İnsan Haqları Müdafiə Cəmiyyətinin direktoru Jalə Təbrizi belə deyib.

Gunaz.tv

O, BMT-nin iclasında İranda qeyri-fars millətlərin uşaqlarının ana dilində təhsil almaq hüququndan məhrum edilməsinə toxunaraq bildirib: 

“İranda sistematik ayrı-seçkiliyi və irqçiliyi araşdırmaq üçün Faktaraşdırıcı Komitə yaratmağın vaxtıdır”.

O, İranda milli və etnik azlıqlara mənsub qadınların zorakılığa məruz qaldığını vurğulayıb: "İranda güneyli qadınlar ayrı-seçkilikdən əziyyət çəkirlər. Təbrizdə İran hökuməti tərəfindən qəsdən qurudulan Urmu gölünün vəziyyətinə dinc şəkildə etiraz edən 6 qadın həbs edilib”.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar