SON XƏBƏRLƏR

Zelenski Rumıniyaya səfər edib

2023.10.10, 11:50
Zelenski Rumıniyaya səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rumıniyaya səfər edib. Bu barədə Zelenskinin "X" hesabında məlumat verilib.

Gunaz.tv

O bildirib ki, paytaxt Buxarestdə Rumıniya Prezidenti Klaus Yohannislə görüşəcək.

"Biz təhlükəsizlik sahəsində əməkdaşlıq, aviasiya və digər koalisiyaların inkişaf etdirilməsi, Ukraynanın hava hücumundan müdafiəsi, tərəfdaşlarla əlaqələrimiz və digər məsələləri müzakirə edəcəyik.

Rumıniya ən ağır günümüzdə köməyimizə gələn və zaman keçdikcə dəstəyi daha da güclənən dostdur. Əminəm ki, bu səfər xalqlarımız üçün faydalı olacaq", - Ukrayna dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar